Bank Of Baku

Simferopolda öldürülən azərbaycanlı tələbənin qatili tutulub, qətlin səbəbi məlum olub

Simferopolda öldürülən azərbaycanlı tələbənin qatili tutulub, qətlin səbəbi məlum olub
# 28 sentyabr 2016 13:53 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Krımın Simferepol şəhərində sentyabrın 26-da öldürülən azərbaycanlı tələbə Məhəmməd Səfərəliyevin qatilinin kimliyi və qətlin səbəbi məlum olub. Krım azərbaycanlıları gənclər təşkilatının rəhbəri Firudun Orucov APA-ya bildirib ki, artıq qatil Simferopol polisi tərəfindən saxlanılıb.

Bu, Krım Federal Universitetinin Fəlsəfə fakültəsinin I kurs tələbəsi, İran İslam Respublikasının vətəndaşı, 1981-ci il təvəllüdlü Məhəmməd Şahdır. Qətlə yetirilən azərbaycanlı M. Səfərəliyev isə həmin universitetin Hüquq fakültəsinin magistratura pilləsində təhsil aldığı və Məhəmməd Şah ilə eyni yataqxanada qaldığı məlum olub. Onlar arasında insidentdə iranlı tələbənin otağında olub. Hər iki tələbə arasında bir ay əvvəl əlbəyaxa dava olub. İstintaqın irəli sürdüyü versiyaya görə, buna səbəb iranlı tələbənin azərbaycanlı tələbənin yataqxanadakı otağını zəbt etməsi olub. Növbəti dəfə də eyni səbəb üzündən onlar arasında görüş həmin otaqda olub və mübahisə zamanı iranlı tələbə azərbaycanlı tələbəni arxadan çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib.

Hazırda Krım Federal Tədqiqat Xidmətinin Simferopol şöbəsi Daxili İşlər Nazirliyinin şəhər şöbəsi ilə birgə istintaq qrupu yaradıb, hadisədən irəli gələrək etnik qarşıdurmanın yaranmaması üçün vəziyyəti nəzarətə götürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR