Bank Of Baku

Sofiyada IV Qlobal Bakı Forumuna hazırlıq məsələləri müzakirə olunub

Sofiyada IV Qlobal Bakı Forumuna hazırlıq məsələləri müzakirə olunub
# 05 fevral 2016 13:42 (UTC +04:00)

Bakı-APA. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Səragəldin Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov və Bolqarıstanın vitse-prezidenti Marqarita Popova ilə görüşüb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Sofiya şəhərində baş tutan görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, təşkil etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər müzakirə olunub. Mart ayının 10-11-i tarixində Bakıda keçiriləcək IV Qlobal Bakı Forumuna hazırlıq məsələləri və Forumun işini təşkil edəcək mövzulara dair fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Bolqarıstana səfəri çərçivəsində Sofiya Universitetində mühazirə ilə çıxış edib. Mühazirədə sabiq Prezident Petar Stoyanov, vitse-prezident Marqarita Popova, həmçinin, Sofiya Universitetinin müəllim və tələbə heyəti iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR