Bank Of Baku

Stokholmda Xocalıya həsr edilmiş film və kitab təqdimatı dünya mediasında geniş işıqlandırılıb

Stokholmda Xocalıya həsr edilmiş film və kitab təqdimatı dünya mediasında geniş işıqlandırılıb
# 23 fevral 2016 08:42 (UTC +04:00)

Bakı-APA. Fevralın 18-də İsveçin paytaxtı Stokholm şəhərində “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən ABŞ və Litvanın birgə istehsalı olan, çoxsaylı mükafat qazanmış “Endless Corridor” (“Sonsuz dəhliz”) adlı müstəqil sənədli filmin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”) kitabının təqdimatı haqqında məlumat beynəlxalq mediada böyük əks-səda doğurub.

 

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya bildirilib ki, anım gecəsi haqqında məlumat dünyanın 231 qlobal saytında - informasiya, mədəniyyət və biznes xəbərlərində, o cümlədən 76 milyondan artıq gündəlik oxucu auditoriyasının izlədiyi Yahoo Finance, Dow Jones Marketwatch, ABŞ-ın ümummilli televiziya kanalı CNBC, Boston Globe, The Street, International Business Times, Almaniyadakı Der Tagesspiegel and Wallstreet:Online, Fransanın ADVFN, İsveçin Gartoft kimi nüfuzlu internet resursları tərəfindən yayılıb. Statistik nəticələrə görə, təqdimat haqqında informasiyanı 90 milyondan artıq internet istifadəçisi oxuyub.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR