Bank Of Baku

Strasburqda keçirilən kütləvi aksiyada Azərbaycan diaspor təşkilatları da iştirak edib - FOTOSESSİYA

Strasburqda keçirilən kütləvi aksiyada Azərbaycan diaspor təşkilatları da iştirak edib  - <span style="color: red;">FOTOSESSİYA
# 28 yanvar 2015 15:10 (UTC +04:00)

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Hollandiyanın Haaqa şəhərindən Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın, Almaniyadan Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbəri Təranə Tağıyeva, Strasburq “Azərbaycan Evi” Cəmiyyətinin rəhbəri Mustafa Alınca və digər təşkilatların rəhbərləri, eləcə də üzvləri aksiyaya qatılaraq Türkiyə diasporuna dəstək nümayiş etdiriblər.

 

AİHM qarşısında əllərində Türkiyə, Azərbaycan, Türkmənistan, Almaniya, Fransa bayraqları tutan mitinq iştirakçıları fransız və türk dilində “Erməni yalanlarına son!”, “Avropa, səsimizi duy!” və digər bu kimi şüarlar səsləndiriblər. Aksiyada 5 minə yaxın insan iştirak edib.

 

Dinləmələrdən sonra Doğu Perinçek, onu müdafiə edən vəkillər və prosesi izləmək üçün Türkiyədən qatılmış nümayəndə heyəti Strasburqdakı “La plase bordeux” konfrans zalında görüş keçirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR