Türkiyənin xarici işlər naziri Mövlud Çavışoğlu Ukraynaya səfəri zamanı Kiyevdə Azərbaycan diasporu ilə də görüşüb. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən verilən məlumata görə, konqres sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyevilə yerləşdiyi iqamətgahda görüşən M. Çavışoğlu Türkiyə və Ukrayna münasibətlərində etnik xalqların rolundan, xüsusilə azərbaycanlıların dəstəyindənd anışılıb.
Ukraynada yaşayan bütün millətlər, xüsusilə də azərbaycanlılar adından Türkiyə XİN rəhbərinə minnətdarlığını bildirən Rövşən Tağıyev Türkiyənin hər zaman Ukrayna və Azərbaycanı dəstəklədiyini, habelə ölkələrin ərazi bütövlüyü məsələsində rəsmi Ankaranın prinsipial mövqe tutduğunu bildirib. R. Tağıyev məlumat verib ki, Azərbaycan diaspora Ukraynadakı Türkdilli xalqlar arasında sayca ən böyükdür və Ukraynanın içtimai - siyasi həyatında mühüm rol oynayırlar. Görüşdə Türkiyənin Ukraynadakı səfiri Yonet Tezel, Ukrayna İqtisadi İnkişaf Nazirinin müvini Titarçuk Mixail və Ukrayna Millətlər Assambleyanın sədr müavini Timur Masautov iştirak ediblər.