Bank Of Baku

ÜAK Novruz bayramı ilə əlaqədar Ulyanovskda xeyriyyə aksiyası keçirib - FOTOSESSİYA

ÜAK Novruz bayramı ilə əlaqədar Ulyanovskda xeyriyyə aksiyası keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 24 mart 2015 19:05 (UTC +04:00)

Bakı. Mubariz Aslanov-APA. Ümumrusiya Azərbaycanlıları Konqresi Novruz bayramı ilə əlaqədar olaraq Ulyanovsk şəhərində xeyriyyə aksiyası keçirib.

 

Konqresin Ulyanovsk vilayəti bölməsindən APA-ya verilən məlumata görə, martın 21-də ÜAK-ın regional şöbəsinin nümayəndələri Ulyanovskun Heydər Əliyev adına 78№-li məktəbində olublar.

 

Görüş zamanı ÜAK Ulyanovsk vilayəti uzrə sədri İslam Hüseynov şagirdlərə Novruz bayramının rolu və Azərbaycan xalqı üçün önəmi barədə danışıb.

 

Şagirdlər və konqres nümayəndələri məktəbin həyətində yerləşən Azərbaycan Tarixi və Mədəniyyəti Muzeyində görüşüblər. Şagirdlərə bayram münasibətilə hədiyyələr təqdim edilib.

 

Uşaqlar öz növbəsində qonaqlara  hazırladıqları konsert proqramını təqdim ediblər. Onlar Novruzun tarixi, adət-ənənələrimiz haqda məlumat verib, şeir söyləyib, kiçik səhnəciklər nümayiş ediblər. Azərbaycan mətbəxi haqqında məlumat verən uşaqlar qeyd ediblər ki, belə bayram günlərində ənənəvi olaraq Azərbaycan milli yeməkləri  hazırlayırlar.

 

Qeyd edək ki, 2010-cu ildə Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə həmin məktəb fondun hesabına yenidən qurulub. 2014-cü ildə təhsil ocağına Heydər Əliyevin adı verilib.

 

Bununla yanaşı, ÜAK nümayəndələri Ulyanovskda yerləşən "Qnyozdışko" uşaq evini də ziyarət ediblər.

 

Azərbaycan diasporasının nümayəndələri burada tərbiyə alan uşaqları bayram münasibətilə təbrik edib, onlara milli şirniyyatları  və idman qurguları hədiyyə ediblər.

 

Uşaq evindəkı bayram tədbiri uşaqların və qonaqların iştirakı ilə çay süfrəsi arxasında başa çatıb.

 

Xatırladaq ki, fevralın 23-də Böyük Vətən Müharibəsinin 70-illiyi şərəfinə ÜAK-ın Ulyanovsk şöbəsi "Xalqlar Dostluğu" kuboku uğrunda mini-futbol üzrə turnir təşkil edib. Turnirə 20-dən çox milli komanda qatılıb.

 

Mayın əvvəlində təşkilat həmçinin Böyük Vətən Müharibəsindəki qələbəyə həsr edilmiş aksiya keçirmək niyyətindədir. Bu gün münasibətilə həmçinin üzərində "Böyük Vətən Müharibəsindəki qələbənin 70-illiyi şərəfinə" yazılmış 100-dən çox şarın havaya buraxılması nəzərdə tutulur.

 

Mayın 10-da isə Qələbənin 70-illiyi və Heydər Əliyevin ad günü münasibətilə konsert proqramları təşkil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR