Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, etiraz məktubunda jurnalistlərin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qurulmuş, heç bir dövlətin, o cümlədən Ukraynanın tanımadığı qondarma "respublika"ya səfəri pislənilir, Azərbaycana qarşı yönəlmiş cəfəng iddialarla dolu proqramın hazırlanmasının qəbuledilməz olduğu vurğulanır.
Qeyd edək ki, Ukraynanın “1+1” telekanalının jurnalistləri “15 respublik” verilişinin növbəti buraxılışını hazırlamaq üçün 2014-cü il noyabrın 23-də Xankəndində olublar. Proqramda guya azərbaycanlıların erməniləri amansızcasına öldürməsi, Qarabağdakı erməni kilsələrinin azərbaycanlılar tərəfindən dağıdılması kimi cəfəng iddialar səslənib.