Ukraynada azərbaycanlı biznesmenin qətlində təqsirli bilinən və zaminə buraxılan şəxs aradan çıxıb, barəsində axtarış elan olunub

Ukraynada azərbaycanlı biznesmenin qətlində təqsirli bilinən və zaminə buraxılan şəxs aradan çıxıb, barəsində axtarış elan olunub
# 08 yanvar 2016 09:11 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Ukraynanın Xerson şəhərində azərbaycanlı iş adamı Vüqar Nuruşovun qətlində şübhəli bilinən və saxlandıqdan sonra zaminə buraxılan Rostislav Brinski aradan çıxıb və onun barəsində məhkəmə tərəfindən axtarış elan olunub. V. Nuruşovun qardaşı iş adamı İlqar Nuruşov APA-ya bildirib ki, dekabrın 29-da keçirilən son məhkəmə iclasında onun iştirakı mümkün olmayıb, aradan çıxdığı aşkarlanıb və məhkəmə onun barəsində axtarışla bağlı qərar verib.

V. Nuruşov qeyd edir ki, son məhkəmənin iclası da nəticəsiz olub və növbəti məhkəmə iclası yanvarın 29-a təyin olunub: “Bizdə dəqiq məlumat var ki, bütün bu işləri – məhkəmənin uzadılması, Britiniskinin qaçırılması qətldə sifarişçi kimi adı hallanan keçmiş erməni general, hazırkı iri biznesmen Anton Luqasyandır (Brinski Lquasyanın mühafizəçisi olub). Çünki artıq keçirilən son iki məhkəmə iclasında Luqasyanın bacısı oğlu Narok Avanesyan və onun xalası oğlu digər erməni biznesmen ifadə verirlər. Brinskinin onlarla üzləşdirilməsinə imkan vermədilər”. İş adam deyir ki, ümumiyyətlə erməni general ona yaxın olan dövlət məmurlarına bu işin ört basdır edilməsi üçün mümkün təzyiqləri edir: “Hətta bizə də həm biznes fəaliyyətimizdə, həm də bu işin araşdırlması üçün fəaliyyətimizdə hədə qorxu gəlirlər. Təəssüf ki. nə səfirlik tərəfindən, nə də yerli inzibatio rəhbərlik tərəfindən buna reaksiya verilmir”.

Qeyd edək ki, ötən iclasda qətldə təqsirli bilinərək saxlanılan Rostislav Brinski məhkəmə zalından ev dustaqlığına buraxılıb. R. Brinski ibtidai istintaqa ifadəsində azərbaycanlı iş adamını təkbaşına öldürdüyünü desə də, məhkəmə zamanı o, qətli özünün yox, erməni biznesmen Anton Luqasyan və onun iki bacısı oğlunun törətdiyini deyib. Xatırladaq ki, əslən Azərbaycanın Beyləqan rayonundan olan iş adamı, 1976-cı il təvəllüdlü Nuruşov Vüqar Qiyas oğlunun üzərində işgəncə əlamətləri olan meyiti bu il avqustun əvvəlində Xerson şəhəri yaxınlığında aşkarlanıb. Avqustun 17-də isə vilayət azərbaycanlıları Konqresinin sədr müavini, iş adamı İlham Tağıyev öldürülüb. Onun qətli ilə bağlı milliyyətcə erməni olan Karapetyan Sergey Razmikoviç və Montiyan Xaçik Stepanoviç, o cümlədən azərbaycanlı Allahverdiyev Naim Balakişi oğlu və İlham Məmmədov saxlanılıb. Yaxınları onun da qətlinin sifarişçisinin A. Luqasyan olduğunu iddia edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR