Bank Of Baku

Ukraynada azərbaycanlı istintaq zamanı telefon dinləmələri ilə bağlı ixtira edib

Ukraynada azərbaycanlı istintaq zamanı telefon dinləmələri ilə bağlı ixtira edib
# 12 iyun 2017 10:43 (UTC +04:00)

Ukraynanın Çerniqov vilayəti üzrə Apellyasiya Məhkəməsinin sədri Sadiq Tağıyev “İstintaq zamanı telefon dinləmələrinin qaydaları” üzrə hüquq elmlər doktoru dərəcəsi alıb.

 

Əslən azərbaycanlı olan S. Tağıyev APA-ya bildirib ki, ixtira hesab edilən eyniadlı monoqrafiyası da çap edilib.

 

Ukraynada yeganə azərbaycanlı məhkəmə sədri olan S. Tağıyev qeyd edib ki, Ukrayna müvafiq qurumlarının tövsiyəsi ilə hüquq sahəsinə aid yazdığı kitab çapa hazırlanır.

 

S. Tağıyev 1959-cu ildə Tovuz rayonunun Əyyublu kəndində anadan olub. 1977-ci ildə Donetsk Tibb İnstitutunu bitirən R. Tağıyev tibb sahəsində çalışıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyi yanında kriminalistika kursunu bitirdikdən sonra Luqansk vilayətində milis orqanlarında işləyib. 1987-ci ildə Xarkov Universitetində hüquq fakültəsini bitirən R. Tağıyev 1992-ci ildən məhkəmə sistemində müxtəlif vəzifədə çalışıb. O, Çerniqov vilayəti Apellyasiya Məhkəməsi sədri olmazdan öncə Luqansk vilayətində Ali Məhkəmənin sədr müavini vəzifəsində çalışıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR