Ukrayna Millətlər Assambleyasından (UMA) APA-ya verilən məlumata görə, Nikolayev şəhərində baş tutan tədbirdə assambleya prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Nikolayev vilayəti Millətlər Şurasının sədri Anar Axundov, Azərbaycanlı Gənclər Təşkilatının sədri Xəyyam Həqiqətoğlu, Nikolayev vilayətindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin sədri Yunus Əliyev və digər azərbaycanlı fəallar iştirak ediblər.
“Vətənpərvərlər marşı” adı ilə başlayan tədbir yürüşlə davam edib.
Tədbirdə ölçüsünə görə ən böyük Ukrayna bayrağının təqdimatı olub. Yürüş də daxil olmaqla, sonda baş tutan konsertdə ümumilikdə 4 mindən çox adam iştirak edib. BUAK sədri, assambleya rəhbəri Rövşən Tağıyev çıxış edərək Ukraynada millətlərin birgə yaşayışından, azərbaycanlıların Ukraynanın həyatında, ölkənin müstəqilliyi uğrunda fəallığından bəhs edib.
Tədbir bədii hissə ilə başa çatıb.