Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlılara qarşı törədilmiş 20 Yanvar faciəsinin 27 illiyi anılıb. Birləşmiş Ukrayna Azərbaycanlıəları Konqresindən APA-ya verilən məlumata görə, “UKRİNFORM” İnformasiya Agentliyində mətbuatın iştirakı ilə keçən tədbirdə Ukrayna Ali Radasının deputatları, Georgi Loqvinskiy, Maksim Kuryaçie, diplomatlar, yerli politoloqlar və təşkilat rəhbərləri iştirak ediblər.
BUAK sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev iştirakçılara 1990-cı ildə Sovet İttifaqı qoşunları tərəfindən Azərbaycanın müstəqilliyi uğrunda ayağa qalxan soydaşlarına qarşı insani vəhşilik törədilib. O qeyd edib ki, bunun ardınca hələ də indiyə qədər Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və torpaqlarının 20 faizi işğal altındadır: “Bu günlərdə keçən Davos forumu çərçivəsində Azərbaycan və Ukrayna dövlət başçılarının ölkələrinin ərazi bütövlüyünün qarşılıqlı dəstəklədikləri kimi hər iki xalq da bir birinin ərazi bütövlüyünün bərpası uğrunda dəstəkdir. Bu gün Ukraynada bütün millətlər Dağlıq Qarabağda separatçı rejimin tanınmasının Krımın ilhaqının tanınması, Şərqi Ukraynada yaranan separatçı rejimin tanınması kimi yolverilməz olduğunu bildirirlər. Burda hamı birmənalı qəbul edir ki. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır”.
Çıxış edən qonaqlar da azərbaycanlılara qarşı baş verən qırğını və Azərbaycana qarşı davam edən işğalçılıq siyasətini pisləyiblər. Sonda “Qara Yanvar” adlı sənədli film nümayiş olunub.