Bank Of Baku

Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi təyin edilib

Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi təyin edilib
# 17 may 2018 10:58 (UTC +04:00)

İctimai Televiziyanın şöbə müdiri və aparıcısı Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsinə təyin olunub.

 

Bu barədə APA-ya Dövlət Komitəsindən məlumat verilib.

 

"Vəsilə Vahidqızı İTV-də bir sıra aktual mövzularla yanaşı, diaspor mövzusunda da müzakirələrin aparıcısı olub. Bundan sonra da Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları, Azərbaycan icmaları və ayrı-ayrı soydaşlarımızın fəaliyyəti bağlı ictimaiyyəti məlumatlandırmaqda davam edəcək.

 

Dövlət Komitəsi İTV ilə birgə ixtisaslaşmış televiziya proqramını tamaşaçılara təqdim etməyi planlaşdırır.

 

Bu layihə çərçivəsində Vəsilə Vahidqızı İTV ilə əməkdaşlığını davam etdirəcək", - deyə məlumatda bildirilir.   

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR