Bank Of Baku

Xocalı soyqırımına həsr olunan film və kitab barədə ABŞ mediasında məlumat yayılıb

Xocalı soyqırımına həsr olunan film və kitab barədə ABŞ mediasında məlumat yayılıb
# 24 fevral 2016 11:44 (UTC +04:00)

Bakı-APA. Fevralın 18-də Stokholmda keçirilən “Sonsuz Dəhliz” sənədli filmin premyerası və “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının təqdimatı haqqında məlumat ABŞ-ın məşhur CNBS kanalının İnternet səhifəsində də yerləşdirilib.

 

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə,

Xocalı Soyqırımına həsr olunmuş “Sonsuz Dəhliz” sənədli filminin premyerası Stokholmda keçirilib.

 

BAFTA Kino Akademiyası mükafatçısı britaniyalı aktyor Ceremi Ayrons tərəfindən səsləndirilmiş “Sonsuz Dəhliz” sənədli filminin premyerasına  baxmaq üçün Stokholmun məşhur “Zita” teatrına toplaşan tanınmış siyasətçilər, jurnalistlər və nüfuzlu şəxslər 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə  613 kişi, qadın və uşaqların qətlə yetirildiyi Xocalı qırğını ətrafında baş verən hadisələr barədə məlumatlandırılıblar.

 

“Xocalıya Ədalət!” kampaniyası çərçivəsində keçirilən tədbirdə bu sənədli film üzərində təqribən beş il müddətində çalışan filmin litvalı prodüseri və rejissoru Aleksandras Brokas da iştirak edib.

 

Brokas iştirakçılara bildirib ki, o, regionda olan vəziyyətlə bağlı müstəqil baxış yaratmaq üçün bu layihə üzərində 15 ölkədən olan mütəxəssislərlə birgə işləyib: “Azadlıq və müstəqilliyə doğru gedən yol bütün post-sovet ölkələrində çox oxşardır: bu mübarizə çox baha başa gəldi. Xocalı faciəsində riyakar və qəddar insanların digərlərinin taleyini necə həll etməsi hekayəsindən bəhs edilir”. 

 

 

TEAS-ın direktoru Lionel Zetter qeyd edib ki, beynəlxalq səylərə baxmayaraq bu günədək Dağlıq Qarabağ münaqişəsinin həlli hələ də tapılmayıb: “Mən ümid edirəm ki, bu film unudulmuş regiona diqqəti yenidən cəlb edəcək”.

 

Bu film Dağlıq Qarabağ münaqişəsini və Xocalı qırğınını hərbi müxbir kimi işıqlandırandan 20 il sonra Azərbaycana qayıdan litvalı jurnalist Riçard Lapaitisin  hekayəsi əsasında qurulub.

 

Sənədli filmdə onun bu faciədən sonra sağ qalanlarla yenidən görüşməsi kadrları göstərilir. Onlar təhlükəsiz dəhliz axtarışına çıxaraq  “Sonsuz Dəhliz” boyu erməni bombardmanından qaçdıqları, bu yolda itirdikləri əzizlərini xatırlayaraq öz ürək dağlayan hekayələrini nəql edirlər.

 

Filmdə, həmçinin, qırğını törədənlər, erməni komandirlərinin fikirləri, onların müharibə strategiyası və səbəbləri barəsində də bəhs edilir. BMT-nin bir neçə qətnamə qəbul etməsinə və digər beynəlxalq qurumların Dağlıq Qarabağdakı Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasına dair çağırışlarına baxmayaraq, bu günə qədər Dağlıq Qarabağ və Azərbaycanın yeddi ətraf rayonu işğal altında qalmaqda  davam edir.

 

Tədbirdə, həmçinin, “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”  adlı kitabının da təqdimatı keçirilib. Kitabın redaktoru İan Peart deyib ki, bu kitab iki məqsəd daşıyır: qurbanlar barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və beynəlxalq baxımdan obyektiv faktları təmin etməkdir: “Bu kitabı oxuyandan sonra, ümid edirəm ki, oxucular özlərinə sual edəcəklər: yardım etmək üçün mən nə edə bilərəm?  Biz bu cür cinayətlərin təkrarlanmasına bir daha yol verməməliyik”.

 

Film, hazırda beynəlxalq yayım şirkətləri tərəfindən nümayiş etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR