Bank Of Baku

İsrail-Azərbaycan Assosiasiyası Avropa Parlamentinə müraciət edib

İsrail-Azərbaycan Assosiasiyası Avropa Parlamentinə müraciət edib
# 12 iyun 2015 10:02 (UTC +04:00)

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir ki, minlərlə idmançının səbirsizliklə gözlədiyi I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan və ölkənin rəhbərliyi bütün imkanlarını səfərbər edib. Müraciət müəllifləri "Avroviziya-2012" mahnı müsabiqəsinin keçirilməsini xatırladaraq Azərbaycanın belə möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etməyə qadir olduğunu diqqətə çatdırır: “Ermənistanla müharibə şəraitində olmasına, 20 faizdən artıq ərazisinin işğal olunmasına baxmayaraq, Azərbaycan I Avropa Oyunlarına erməni idmançıları da dəvət edib, çünki idman hər zaman siyasətdən kənarda olub və siyasətçilər idmançıların işinə qarışmamalıdır. İdman və mədəniyyət sözdə deyil, əməldə sülhə və dostluğa xidmət etməlidir. Amma Avropa Parlamentində baş verən son hadisələr göstərir ki, bir çoxları idman yarışlarını özlərinin siyasi intriqalarını gerçəkləşdirmək məqsədilə istifadə etməyə cəhd edir”.

 

Müraciətdə İsrailin də uzun illər bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən sərt tənqidlərə məruz qaldığı, lakin bütün müharibələrdən şərəflə çıxdığı və hazırda bir sıra dövlətlərin qısqanclıqla yanaşdığı bir ölkəyə çevrildiyi xatırladılır. Azərbaycanı bu baxımdan İsraillə müqayisə edən təşkilat üzvləri qeyd edir ki, Azərbaycanın sərvəti, iqtisadi imkanları, müharibə şəraitində olmasına baxmayaraq, davamlı irəliləməsi, bölgədə iqtisadi və siyasi liderliyini təsdiqləməsi faktı ilə barışa bilməyənlər bu gün Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa cəhd göstərir: “Şübhəsiz ki, Azərbaycanın ünvanına yağdırılan böhtanlar hələ çox danışılacaq. Çünki Uinston Çörçilin təbirincə desək, həqiqət paltarını geyinənə qədər yalan dünyanın yarısını dolanır".

 

Müraciət müəllifləri hesab edir ki, Azərbaycan ikili standartlar dünyasında öz nüfuzu uğrunda mübarizə aparmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR