Azərbaycanda 2014-cü il üçün ali təhsil müəssisələrinə qəbul qaydaları elan olunub - VİDEO

Azərbaycanda 2014-cü il üçün ali təhsil müəssisələrinə qəbul qaydaları elan olunub - <span style="color: red;">VİDEO
# 17 fevral 2014 07:50 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hər bir abituriyent tələbə qəbulunun hüquqi əsaslarını təşkil edən və ən etibarlı oriyentir rolunu oynayan bu sənədlərlə diqqətlə tanış olub öz fəaliyyətini onların tələblərinə uyğun qurmalıdır.

Jurnalın bu sayında yeni test modelləri dərc edilib. Abituriyentlər bu testlər vasitəsilə öz hazırlıq səviyyələrini yoxlaya, qəbul imtahanlarında onlara təqdim olunacaq sualların çətinlik səviyyəsini müəyyənləşdirə bilərlər. Jurnalda həmin test tapşırıqlarının düzgün cavabları və balların hesablanması qaydası da verilib.

2013-cü ildə olduğu kimi, bu il də bütün ixtisas qruplarında iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 5-i açıq tipli olacaq: I ixtisas qrupunda - riyaziyyat və fizika; II ixtisas qrupunda - riyaziyyat və coğrafiya; III ixtisas qrupunda - riyaziyyat və tarix; IV ixtisas qrupunda - riyaziyyat və kimya fənlərində açıq tipli test tapşırıqlarından da istifadə ediləcək. Şagird və abituriyentlərin açıq tipli test tapşırıqlarının modelləri, forma və tipləri haqqında təsəvvürlərinin daha da genişləndirilməsi, bu tipli tapşırıqlarla işləmək vərdişlərinin inkişaf etdirilməsi üçün onların nümunələri jurnalın bu sayında verilib. Bu tipli testlərin mütəmadi olaraq sınaq imtahanlarında da təqdim edilməsi də nəzərdə tutulur.

Xüsusi təyinatlı təhsil müəssisələrinə, yəni Polis Akademiyasına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Ali Hərbi Məktəbə, Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə, Orta Hərbi Tibb Məktəbinə və hərbi liseylərə qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən TQDK tərəfindən keçirilən test imtahanı verməlidir. Jurnalda yuxarıda qeyd olunan tədris müəssisələrinə sənəd qəbulunun tarixi, tələb olunan sənədlərin siyahısı və digər zəruri materiallar dərc olunub. Bu bölmədə həmçinin Türkiyə Respublikasının Quru Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul elanı da təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR