Qaçqınlar və məcburi köçkünlər komandası ilə “Arsenal əfsanələri” arasında xeyriyyə matçı keçirilib - FOTO

Qaçqınlar və məcburi köçkünlər komandası ilə “Arsenal əfsanələri” arasında xeyriyyə matçı keçirilib - <span style="color: red;">FOTO
# 24 iyun 2013 15:18 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, yoldaşlıq oyunu 3600 tamaşaçının qatıldığı Londonun “Barnet” futbol klubunun “Anderhil” stadionunda baş tutub. “Arsenal Əfsanələri”nə britaniyalı idmançı, ikiqat Olimpiya çempionu Mo Fərah, “Dünya Qaçqınları və Məcburi Köçkünləri”nə isə “Bolton Uonderers” klubunun keçmiş futbolçusu Fabrisiya Muamba başçılıq ediblər. Oyun nəzərəçarpacaq dərəcədə mətbuatın marağına səbəb olub.

Bu oyun sayəsində Böyük Britaniya Qaçqınlar Şurasına, o cümlədən Dağlıq Qarabağ münaqişəsi nəticəsində acınacaqlı vəziyyətdə olan azərbaycanlı qaçqın və məcburi köçkünlərə yardım göstərilməsi üçün xeyli vəsait toplanıb.

İdmançı karyerasını Böyük Britaniyada başlamış futbolçular, mənşəcə Somalidən olan Mo Fərahın və Konqo Demokratik Respublikasından gəlmiş Fabrisiya Muambanın yoldaşlıq görüşünə həvəslə qatılmaları dünyadakı qaçqınların və məcburi köçkünlərin acınacaqlı vəziyyətinə ictimaiyyətin və mətbuatın diqqətini cəlb etmək məqsədi daşıyırdı. Təşkilatçılar tərəfindən yoldaşlıq oyununda iştirak etmək təklifi onların ürəyincə olmuşdu.

“Arsenal Əfsanələri” komandasının heyətinə “İngiltərə” və “Arsenal” komandalarının keçmiş kapitanı olmuş Toni Adams, eləcə də İan Rayt, Pol Devis, Rey Parlor, Peri Qrovz və Maykl Tomas daxil idi. “Dünya Qaçqınları və Məcburi Köçkünləri” komandasının tərkibində isə 7 azərbaycanlı məcburi köçkün və Avropa Parlamentinin üzvü Səid Kəmal öz futbolçu məharətlərini nümayiş etdiriblər. Yoldaşlıq oyunu 1-1 hesabı ilə sona çatıb. Oyun zamanı “Dünya Qaçqınları və Məcburi Köçkünləri” komandası bir neçə əla taktiki gedişlər edib. Fürsətdən istifadə edən azərbaycanlı məcburi köçkün Vurğun Həsənzadə birinci hissənin sonuna doğru hesabı açmağa müvəffəq olub. Hər dəfə Toni Adams top qovduqda tamaşaçılar onu izdihamla, gurultulu alqışlarla səsləyiblər. “Arsenal” 4 müdafiəçi, 4 yarımmüdafiəçi və 2 hücumçu taktikasını qurub. Bunun nəticəsində Ömər Rza rəqib komandanın qapısından top keçirərək hesab bərabərləşdirib.

Oyunun sonunda Böyük Britaniya Nazirlər Kabinetinin rəsmisi, ölkə parlamentinin üzvü və Şimali İrlandiyanın dövlət katibi xanım Hon Tereza Vilyer və Avropa Azərbaycan Cəmiyyətinin sədri və təsisçisi Tale Heydərov oyun iştirakçılarına mükafatlar təqdim ediblər.

Avropa Azərbaycan Cəmiyyətinin Direktoru Lionel Zetter bildirib ki, dünyada qaçqınlardan çox məcburi köçkünlər var: “Cəmiyyətimizin bu oyunu təşkil etməkdə məqsədi dünyadakı bütün qaçqınların davam etməkdə olan acınacaqlı vəziyyətini işıqlandırmaq və onlara yardım etmək üçün vəsait toplamaq idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR