Gənc alimlər üçün AMEA prezidentinin Gənclər mükafatı təsis edilib

Gənc alimlər üçün AMEA prezidentinin Gənclər mükafatı təsis edilib
# 02 mart 2016 14:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanbda gənc alimlər üçün yeni mükafat təsis olunub.

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA prezidentinin gənclər mükafatının təsis edilməsi barədə qərar qəbul olunub.

AMEA-nın akademik-katibi Rasim Əliquliyev bildirib ki, mükafat təbiət və ictimai-humanitar elmlər üzrə xüsusi nailiyyətlər əldə edən gənclərə veriləcək: “Namizədlər barədə sənədlər AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılan Ekspert Komissiyasına təqdim ediləcək, daha sonra komissiya irəli sürülən namizədlər sırasından mükafata namizədi seçərək öz rəyini Rəyasət Heyətinə təqdim etməlidir. Son olaraq namizədin mükafatla təltif edilməsi barədə yekun qərar Rəyasət Heyətində qəbul olunacaq. Qaliblərə müvafiq diplom və 2000 manat məbləğində pul mükafatı verilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR