Ağdamda mağazadan 10 min manatlıq oğurluq edən dəstə üzvləri tutulub

Ağdamda mağazadan 10 min manatlıq oğurluq edən dəstə üzvləri tutulub
# 23 avqust 2016 14:51 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdamda telefon mağazasından oğurluq edən dəstənin bir neçə üzvü saxlanılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində Akif Həsənova məxsus telefon mağazasından 10000 manat dəyərində telefon oğurlayanların kimliyi müəyyənləşib. Onlardan bir neçəsi tutulub, bəziləri isə axtarışdadır.

APA-nın Qarabağ müxbirinin əldə etdiyi məlumata görə, dəstə üzvlərindən biri A. Həsənovun bacısı oğlu, Ağcabədi rayon Sarcalı kənd sakini, 1987-ci il təvəllüdlü Rəsul İsmayılzadədir.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR