AZAL-da mülki aviasiya işçilərinin peşə bayramına həsr edilmiş tədbir keçirilib

AZAL-da mülki aviasiya işçilərinin peşə bayramına həsr edilmiş tədbir keçirilib
# 05 iyun 2015 16:51 (UTC +04:00)

Bakı - APA. Bu gün "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) hər il iyunun 2-də qeyd edilən mülki aviasiya işçilərinin peşə bayramına həsr edilmiş tədbir keçirilib.

AZAL-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov mülki aviasiya işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

C. Əsgərov ümummilli lider Heydər Əliyevin ölkənin mülki aviasiyasının inkişafında əvəzsiz rolunu qeyd edib, prezident İlham Əliyevin Azərbaycan aviasiyasının inkişafına, infrastrukturun təkmilləşdirilməsinə və təyyarə parkının modernləşdirilməsinə göstərdiyi diqqət və qayğıdan danışıb. AZAL-ın prezidenti qeyd edib ki, mülki aviasiyanın güclü və yüksək ixtisaslı milli kadrları formalaşıb, bu da ilk növbədə Azərbaycan Milli Aviasiya Akademiyasının pedaqoqlarının və kollektivinin əməyinin nəticəsidir.

C. Əsgərov hazırda Azərbaycan mülki aviasiyasında pilotlar, mexaniklər, bortmühəndis nəslinin yetişməsi, gənc təyyarəçilərin böyük həvəslə valideynlərinin şanlı yolunu uğurla davam etdirməsi faktını müsbət qiymətləndirib.

"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti həmçinin mülki aviasiyanın bütün strukturlarına I Avropa Oyunlarının keçirilməsi dövründə ölkəyə gələn turistlər və qonaqlara yüksək xidmətin göstərilməsinin təmin edilməsi ilə bağlı tapşırıqlarını verib.

Sonra Azərbaycan prezidenti İlham Əliyevin mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə bir qrup aviatorun "Tərəqqi" medalı ilə mükafatlandırılması, eləcə də onlara "Əməkdar mühəndis" və "Əməkdar pilot" fəxri adlarının verilməsi haqqında 1 iyun 2015-ci il tarixli sərəncamı oxunub. C. Əsgərov onlara döş nişanları təqdim edərək aviasiya sahəsində peşəkar fəaliyyətinə görə təşəkkürünü bildirib.

Sonda mülki aviasiya işçiləri adından Azərbaycan prezidentinə müraciət qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR