Azərbaycanın xarici işlər naziri Misirin yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Misirin yeni təyin olunmuş səfirini qəbul edib
# 12 oktyabr 2012 15:50 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 12-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının yeni təyin olunmuş səfiri Tarik Abu Sinanı qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Misir səfirini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edərək iki ölkə arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirib. O, ölkələr arasında əlaqələrin genişləndirilməsi üçün geniş imkanların olduğunu qeyd edərək, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsinin ümumi münasibətlərə töhfə verəcəyini vurğulayıb.

Tarik Abu Sina isə Azərbaycana səfir təyin olunmasından məmnun olduğunu bildirib və iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün potensialın olduğunu söyləyib. Səfir fəaliyyəti müddətində bu münasibətlərin genişləndirilməsi istiqamətində səy göstərəcəyini diqqətə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR