İspaniyanın “Repsol” şirkəti Argentinanın YPF şirkətinə investisiya qoyan şirkətləri məhkəməyə verəcək
23 aprel 2012 10:41 (UTC +04:00)
Bakı - APA-Economics. İspaniyanın “Repsol” neft-qaz şirkəti əsas səhmdarı olduğu Argentinanın YPF şirkətinə investisiya qoymağa çalışan istənilən şirkəti məhkəməyə verəcəyini bəyan edib.
“APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, bu bəyanat YPF-in öz şist qazı mənbələrinin mənimsənilməsi üçün vəsait cəlb etmək planlarına zərbə vura bilər.
Argentina şist qazı yataqlarının həcminə görə ABŞ və Çindən sonra dünyada üçüncü yeri tutur.
Qeyd edək ki, 1922-ci ildə yaradılan “Yacimientos Petroliferos Fiscales” (YPF) uzun illər dövlət şirkəti olub, 1990-cı illərin əvvəlində isə şirkətin özəlləşdirilməsinə başlanıb. 1999-cu ildə YPF tamamilə “Repsol” şirkətinin nəzarətinə keçib. Hazırda İspaniya şirkəti YPF-nin səhmlərinin 57%-nə sahibdir. Ötən həftə Argentina prezidenti Kristina Fernandes de Kirşner şirkətin milliləşdirilməsi haqqında qanun layihəsini parlamentə təqdim edib. Buna cavab olaraq İspaniya Argentinadan biodizel idxalını dayandırıb.

Sənaye və energetika
“Romgaz” şirkəti Moldovaya qaz tədarükü üçün lisenziya almaq niyyətindədir
17:29
17 may 2024
Elnur Soltanov: Özəl sektor bahalı olduğuna görə yaşıl metodları dəstəkləmir
12:17
17 may 2024
Azərbaycan neftinin qiyməti 84 dolları ötüb
09:34
17 may 2024
Azərbaycan 19 ölkəyə 4.3 mlrd. dollarlıq neft ixrac edib - Siyahı
16:16
16 may 2024