Bank Of Baku

Cüzeppe Buzini: “Dağlıq Qarabağ münaqişəsinin tərəfi olan ölkələr problemin həllində maraqlı olmalıdırlar”

Cüzeppe Buzini: “Dağlıq Qarabağ münaqişəsinin tərəfi olan ölkələr problemin həllində maraqlı olmalıdırlar”
# 14 dekabr 2006 09:45 (UTC +04:00)
“Gələn ilin ilk günündən etibarən Avropa Birliyinin hüdudları daha da genişlənəcək. Bu genişlənmə prosesindən sonra sərhədlərimiz Cənubi Qafqaz regionuna daha da yaxınlaşacaq. Buna görə də yeni qonşu olacağımız ərazilərdə sülh və sabitliyin bərqərar olmasında maraqlıyıq”. Bu eksklüziv açıqlamanı APA-nın Avropa bürosunun əməkdaşına Avropa Komissiyasının xarici əlaqələr şöbəsinin Azərbaycan üzrə koordinatoru Cüzeppe Buzini verib. O, təmsil etdiyi qurumun Cənubi Qafqaz regionunu zəngin, stabil və normal inkişaf edəcək məkan kimi görmək istədiyini bildirib. “Bunun üçün isə təbii ki, bölgədəki münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını arzulayırıq. Hesab edirəm ki, münaqişə tərəfi olan ölkələr də bu məsələdə maraqlı olmalıdırlar. Çünki bölgədə daimi stabillik olarsa, Avropa İttifaqı Qafqazda daha geniş proqramlar həyata keçirə bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR