Bank Of Baku

Azərbaycanın sabiq müdafiə naziri: “Ermənilər aprelin üçüncü ongünlüyündə qondarma “erməni soyqırımı” ilə bağlı cəbhə xəttində daha çox təxribat törədirlər”

Azərbaycanın sabiq müdafiə naziri: “Ermənilər aprelin üçüncü ongünlüyündə qondarma “erməni soyqırımı” ilə bağlı cəbhə xəttində daha çox təxribat törədirlər”
# 19 aprel 2008 10:37 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycanın sabiq müdafiə naziri, Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri general-mayor Dadaş Rzayev bildirib. D. Rzayevin sözlərinə görə, ermənilərin aprelin üçüncü ongünlüyündə aktivləşmələri qondarma “erməni soyqırımı” ilə bağlıdır: “Təcrübəmə istinadən deyə bilərəm ki, ermənilər bu müddətdə cəbhə xəttində təkcə atəşkəsi pozmaqla kifayətlənmir, Azərbaycan tərəfə maksimum ziyan vurmağa çalışırlar”. Sabiq nazir Azərbaycan Silahlı Qüvvələrinin düşmənin bütün təxribatlarının qarşısını almaq iqtidarında olduğunu da bəyan edib. Generalın fikrincə, Ermənistanın hakimiyyəti ölkə daxilindəki vəziyyəti dəyişmək üçün bu ilin mart ayında cəbhə xəttində törətdiyi təxribatı yenidən təkrarlaya bilər.
Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu isə APA-ya Ermənistan Ordusunun son zamanlar atəşkəsi mütəmadi olaraq pozduğunu qeyd edib. Ermənilərin cəbhə xəttində yenidən aktivləşməsi ehtimalına gəlincə, E. Sabiroğlu Azərbaycan Silahlı Qüvvələrinin qarşı tərəfin bütün hərəkətlərini diqqətdə saxladığını və düşmənin təxribatlarının qarşısını almağa hazır olduğunu vurğulayıb: “Ermənilər belə bir fikrə düşsələr, onlara layiqli cavab veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR