Bank Of Baku

Araz Əzimov: “Azərbaycan sükut nümayiş etdirməyəcək”

Araz Əzimov: “Azərbaycan sükut nümayiş etdirməyəcək”
# 19 aprel 2008 18:08 (UTC +04:00)
A. Əzimov Azərbaycanın mövqeyinin dünyaya çatdırılması üçün müxtəlif imkanlardan istifadə ediləcəyini də deyib: “ Bu heç də həmsədrlərin iddia etdiyi kimi müzakirələrə heç bir mənfi təsiri olmayan haldır. Əksinə, həqiqətləri dünya birliyinə çatdırmağımızın prosesə müsbət təsiri olmalıdır. Ermənistdandakı vətəndaşlar, Ermənistan cəmiyyəti öz ölkələrinin rəhbərliyinin yaratdığı illüziyalarla yaşayırlar. Kimsə onlara Ermənistanın hazırkı durumu ilə bağlı həqiqəti söyləmir. Həqiqət isə ondan ibarətdir ki beynəlxalq cəmiyyət Ermənistanı dəstəkləmir, etnik təmizləməni qəbul etmir. Belnəlxalq aləm işğal faktı ilə razılaşmayacaq”. A. Əzimov xatırladıb ki, həmsədrləri çox narahat edən BMT Baş Assambleyasında “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” qəbul olunmuş qətnamə bir daha göstərir ki, beynəlxalq aləmin münaqişəyə münasibəti dəyişib: “Bu isə artıq münaqişənin həlli ilə bağlı durğun vəziyyətdən çıxışı göstərir”.
A. Əzimov bildirib ki, Ermənistanın rəhbərliyinin bütün iddialarına baxmayaraq, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması faktını heç bir bəyanat sarsıda bilməz: “Dağlıq Qarabağda baş vermiş etnik təmizləmədən sonra orda baş verənlərin guya demokratik xarakter daşıması barədə iddiaları heç kəs qəbul edə bilməz və etnik təmizləmə əsasında regionda heç vaxt heç bir hüquqi status müəyyənləşdirilə bilməz. Bütün bu faktorlar Ermənistanda da nəzərdən keçirilməlidir. Azərbaycan həmişəki kimi öz tərəfindən bu prossesə töhvə verməyə hazırdı”. XİN rəsmisi bir daha vurğulayıb ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər: “Azərbaycan isə bu məqsədə sülh yolu ilə nail olmaq istərdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR