Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib

Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib
# 06 yanvar 2014 15:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də saat 20:00 radələrində rayonun Slavyanka kəndinin ərazisində yolu keçən rayon sakini Elnur Məmmədovu müəyyən edilməmiş avtomobil vurub. Piyada hadisə yerində ölüb. Gədəbəy rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR