SOCAR-AQŞ qazma rekordunu yeniləyib

SOCAR-AQŞ qazma rekordunu yeniləyib
# 12 iyun 2014 12:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ, SOCAR) və “Abşeron Qazma” Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə olan SOCAR-AQŞ 13 saylı stasionar dəniz özülündən 352 saylı quyuda qazma işlərini heç bir hadisəyə yol vermədən, ətraf mühiti çirkləndirmədən, vaxtından əvvəl və yüksək keyfiyyətlə yekunlaşdırıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, layihə dərinliyi 2 950 metr təşkil edən 352 saylı quyu ‘’Günəşli’’ yatağının dayaz sulu hissəsində “Fasilə” Lay Dəstəsinə (FLD) ən sürətlə qazılmış quyudur.

Qeyd edək ki, 352 saylı quyuda qazma işlərinə bu ilin mayın 12-də başlanılıb və bu ilin iyunun 6-da quyu 2961 metr qazılaraq layihə dərinliyinə çatdırılıb. Quyuya istismar kəməri endirilərək sementlənib. Bundan əvvəlki rekord göstərici də məhz SOCAR-AQS-yə məxsusdur. Belə ki, 13 saylı stasionar dəniz özülündən qazılmış 351 saylı quyu - 29 günə 3100 metr dərinliyə qazılaraq layihə dərinliyinə çatdırılıb.

Məlumat üçün qeyd edək ki, sifarişçi tərəfindən “Fasilə” Lay Dəstəsinə qazılan quyuların qazma ilə yekunlaşdırılması üçün ən azı 90 gün vaxt müəyyən edilsə də əməliyyatlarında yeni idarəetmə üsulları, yeni texnologiya, standartlar və yeni yanaşma tətbiq edən SOCAR-AQŞ sifarişçi tərəfindən təyin edilən müddəti xeyli qabaqlayıb. Müəssisə fəaliyyətinin bütün mərhələlərində ilk öncə Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsinin təmin edilməsinə və quyuların keyfiyyətlə qazılaraq sifarişçiyə təhvil verilməsinə böyük önəm verir. Sifarişçi ARDNŞ-nin “Azneft” İstehsalat Birliyidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR