Xalq artisti Tariyel Qasımovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib

Xalq artisti Tariyel Qasımovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib
# 11 fevral 2014 11:57 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında xalq artisti Tariyel Qasımovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib.

“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, tədbirdə Ayaz Salayev, Fikrət Əliyev, Kənan Məmmədov, Rafiq Nəsirov, Ənvər Həsənov və başqaları T.Qasımovun həyat və yaradıcılığı, kinoda yaratdığı obrazlar haqqında danışıblar.

Qeyd edək ki, T.Qasımov 1939-cu ildə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olan olub. 1964-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Gənc Tamaşaçılar Teatrı ilə yanaşı, İrəvan Azərbaycan Dövlət Dram Teatrı, Qazax, Dərbənd və Ağdam Dövlət Dram Teatrında da tamaşalara səhnə həlli verib. Aktyor “Axırıncı aşırım”, “Babək”, “Qatır Məmməd”, “Qorxa, mən səninləyəm” və s. filmlərdə müxtəlif obrazlar canlandırıb. 1979-cu ildən Azərbaycanın əməkdar, 1991-ci ildən xalq artistidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR