Azərbaycan ərazisində küləkli hava davam edəcək, bəzi yerlərdə yağış yağacaq - YENİLƏNİB

Azərbaycan ərazisində küləkli hava davam edəcək, bəzi yerlərdə yağış yağacaq - <span style="color: red;">YENİLƏNİB
# 10 sentyabr 2013 09:32 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19, gündüz 21-25 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 11-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 13-ü gündüzədək respublika ərazisində qeyri-sabit, yağışlı hava şəraitinin olacağı və temperaturun enəcəyi gözlənilir. Belə hava kənd təsərrüfatı bitkilərinin inkişaf sürətini bir qədər zəiflədəcək. Yağmurlu hava şəraiti isə bağlarda meyvələrin, bostanlarda tərəvəzin və üzümün yığımında, çoxillik otların biçini və aqrotexniki işlərin görülməsində mühüm çətinliklər yaradacaq. Ümumiyyətlə, yağıntılar torpaqda məhsuldar rütubət ehtiyatlarını artıracaq. Lakin bu cür hava şəraiti Şəki – Zaqatala bölgəsində yığılmış tütün yarpaqlarının qurudulma şəraitini çətinləşdirəcək. Şamaxı-İsmayıllı bölgəsində isə üzümün məhsulunda itkilərə yol verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR