Macarıstanda Heydər Əliyevin 90 illiyi ilə əlaqədar rəsmi qəbul keçirilib - FOTO

Macarıstanda Heydər Əliyevin 90 illiyi ilə əlaqədar rəsmi qəbul keçirilib  - <span style="color: red;">FOTO
# 11 may 2013 14:56 (UTC +04:00)

Bakı – APA. Mayın 10-da Azərbaycanın Macarıstandakı səfirliyində Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə rəsmi qəbul düzənlənib. Səfirlikdən APA-ya verilən məlumata görə, qəbulda Macarıstan rəsmiləri, Budapeştdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.

Toplaşanlar qarşısında çıxış edən səfir Vilayət Quliyev müasir Azərbaycan tarixində Heydər Əliyevin yeri və roluna toxunaraq istər onun sosializm dövrü, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyi zamanı həyata keçirdiyi işlərdən danışıb.

Daha sonra qonaqlar tərəfindən böyük maraqla qarşılanan “Bir həsədin tarixi” sənədli filmi nümayiş etdirilib. Rəsmi qəbul çərçivəsində səfirliyin Macar Poçtu ilə birlikdə hazırladığı və Heydər Əliyevin 90 illiyinə həsr olunan xatirə markasının təqdimatı da keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR