Qüdrət Həsənquliyev: “Mirmahmud Mirəlioğlu hələ yumşaq danışıb”

Qüdrət Həsənquliyev: “Mirmahmud Mirəlioğlu hələ yumşaq danışıb”
# 31 avqust 2013 11:04 (UTC +04:00)

Bu açıqlamanı APA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP) Qüdrət Həsənquliyev Milli Şura ilə Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) arasındakı son qalmaqala münasibət bildirərkən deyib.

Qeyd edək ki, M. Mirəlioğlu Milli Şuranın namizədi Cəmil Həsənli üçün imzatoplama kampaniyasında partiyalarına cəmi 1000 imza toplanması ilə bağlı kvota ayrılmasına və Seçki Qərargahında təmsil olunmamalarına etiraz edib. KXCP həm də kampaniyada iştirakdan imtina edib.

BAXCP sədri isə KXCP-nin bu addımını “yumşaq reaksiya” adlandırıb: “ Aydın məsələdir ki, namizədin qeydə alınması üçün 40 min doğru imza lazımdır. Cəmil Həsənli üçün imza toplama kampaniyasında isə Müsavatla AXCP 40 mindən artıq imzanın toplanmasını öz üzvlərinə həvalə ediblər. Yerdə qalan digər partiyalara isə cəmi 5 min imza toplamaq üçün vərəqə verilib. Əslində həmin 5 min imza etibarsız çıxsa belə, bu nəticəyə təsir etmir. Onlar bunu eləməklə Milli Şuradakı digər partiyalara, o cümlədən də KXCP-yə bərabərhüquqlu müttəfiq kimi baxmadıqları barədə bir daha cəmiyyətə mesaj verirlər. Yaranmış fürsətdən istifadə edərək, onları aşağılayır, cəmiyyətdə bu partiyaların “yedək qurumlar” olması barədə rəy yaradırlar. Bir qədər əvvəl “Milli Şura daxilindəki minalar” ifadəsi Əli Kərimlinin özünün və ətrafındakıların dilinin əzbərinə çevrilmişdi. Onlar imza toplama kampaniyasında yaratdıqları fərqlə belə deyəndə kənarda qoyduqları partiyaları nəzərdə tutduqlarını sübut edirlər. Bu, bir daha mənim əvvəldən dediyim fikirlərin təsdiqidir. Mən hər zaman demişəm ki, Milli Şurada müttəfiqlər deyil, ilk fürsətdə bir-birini məhv etməyə hazır olan siyasətçilər toplaşıb. Oradakı uğursuzluğun əsas səbəblərindən biri siyasi uzaqgörənliyin olmamasıdırsa, biri də qurum üzvləri arasında səmimi, etimadlı münasibətin yoxluğudur”.

BAXCP sədri seçki prosesində də Milli Şura daxilindəki qalmaqalların artacağını proqnozlaşdırır: “Rusiyanın layihəsində yer alanların iflası qaçılmazdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR