BMT baş katibi Pan Gi Mun Ümumdünya Turizm Günü ilə bağlı müraciət yayıb

BMT baş katibi Pan Gi Mun Ümumdünya Turizm Günü ilə bağlı müraciət yayıb
# 27 sentyabr 2013 07:21 (UTC +04:00)

Bakı-APA. BMT baş katibi Pan Gi Mun Ümumdünya Turizm Günü ilə bağlı müraciət yayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, builki Ümumdünya Turizm Günü israfçılıq və iqlim dəyişikliyinin dünya su ehtiyatlarına təhlükə yaratdığı bir zamanda, suyun mühafizəsi və intellektual idarəçiliyində turizm sənayesinin payını vurğulayır: “Mən, bu Su Əməkdaşlığının Beynəlxalq İlində turizm müəssisələrini israfçılığı azaltmaq və tullantı idarəçiliyini təkmilləşdirməyə səsləyir, eləcə də turistlərin bu işə töhfə verməsi üçün ekoloji əsaslı qərarlar verməyə çağırıram. Suya qənaət etməklə, bizim istədiyimiz gələcəyin qurulmasına kömək edə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR