«İrşad Telekom»un uduşlu kredit kampaniyası qanunsuz elan olunub

«İrşad Telekom»un uduşlu kredit kampaniyası qanunsuz elan olunub
# 26 dekabr 2013 14:58 (UTC +04:00)

Bakı. APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) keçirdiyi nəzarət tədbirləri nəticəsində «İrşad-İ.R.» MMC tərəfindən «Möhtəşəm kredit kampaniyasının iştirakçısı ol - Kubaya səyahət qazan» adlı stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilib. Bununla əlaqədar, keçirilən lotereyanın dayandırılması barəsində göstəriş verilib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Komitənin məlumatında deyilir.

QKDK «İrşad Telekom» ticarət şəbəkəsində keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR