Vergi orqanlarında işləmək istəyən namizədlərdən 76 nəfəri müsabiqə şərtini ödəyərək müsahibəyə buraxılıb

Vergi orqanlarında işləmək istəyən namizədlərdən 76 nəfəri müsabiqə şərtini ödəyərək müsahibəyə buraxılıb
# 04 iyun 2014 07:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. İyunun 3-də vergi orqanlarında işləmək istəyən namizədlərə keçirilmiş test imtahanında iştirak etmək üçün 1931 namizəd qeydiyyatdan keçib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, onlarda 541 namizəd imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 1390 namizəddən 76 nəfəri müsabiqə şərtini ödəyərək - 70 və daha yüksək bal toplayaraq ikinci mərhələyə-müsahibəyə buraxılıb. Ən yüksək nəticə 84 bal olub.

Qeyd edək ki, TQDK Vergilər Nazirliyi ilə birgə iyunun 3-də vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. İmtahanın nəticələri elə həmin gün saat 17:00-dan etibarən TQDK-nın internet saytında elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR