İran Futbol Federasiyası Təbriz komandasını güclülər dəstəsindən kənarlaşdırıb

İran Futbol Federasiyası Təbriz komandasını güclülər dəstəsindən kənarlaşdırıb
# 15 may 2013 10:26 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran Futbol Federasiyası Təbriz komandasını sərt şəkildə cəzalandırıb.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, İran Futbol Federasiyasının Nizam-İntizam Komitəsi güclülər dəstəsinə (ProLig) vəsiqə qazanmış “Şəhrdari” (“Bələdiyyə”) klubunu yenidən birinci diviziona düşürüb.

Buna səbəb kimi nizam-intizam qaydalarının pozulması göstərilib. Ancaq Təbriz Şəhər Bələdiyyəsi tərəfindən maliyyələşdirilən komandanın rəhbərliyi bəyanatla çıxış edərək, İran Futbol Federasiyasının bu qərarına sərt şəkildə etirazını bildirib.

Qeyd edək ki, “Traktorsazi” komandası bir neçə ildir Təbrizi İranın futbol üzrə ölkə çempionatında uğurla təmsil edir və kifayət qədər azarkeş dəstəyi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR