Gələn il Brüssel və Nyu-Yorkda Xəzər Forumu keçiriləcək - VİDEO

Gələn il Brüssel və Nyu-Yorkda Xəzər Forumu keçiriləcək - <span style="color: red;">VİDEO
# 20 noyabr 2013 14:22 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Türkiyənin Xəzər Strateji Araşdırmalar İnstitutunun baş katibi Haldun Yavaş bildirib.


Onun sözlərinə görə, Forum dekabrın 4-5-də baş tutacaq və bu tədbirdə Cənub qaz dəhlizi, bu dəhlizin cəmiyyətə, həmçinin Azərbaycan və Türkiyə kimi ölkələrə faydası müzakirə olunacaq: «Forumda Qazaxıstan, İtaliya, Balkan ölkələrindən rəsmilərin qatılacağı gözlənilir. Artıq Gürcüstanın energetika naziri Kaxa Kaladze, ARDNŞ prezidenti Rövnəq Abdullayevin, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızın, Türkiyənin nəqliyyat naziri Binəli Yıldırımın də tədbirə qatılacağı təsdiqlənib».


H.Yavaş deyib ki, forum iki paneldən ibarət olacaq: «Forum çərçivəsində ilin layihəsi, ilin adamı, ilin elm adamı, ilin idmançısı və daha bir neçə nominasiya üzrə mükafatlar veriləcək».

H.Yavaşın sözlərinə görə, forumda Cənub qaz dəhlizi layihəsinə yatırımlarla bağlı yekun fikir səslənəcək: «Gələn ilin fevral ayında növbəti Xəzər Forumu Belçikanın paytaxtı Brüsseldə baş tutacaq. Nyu-Yorkda təşkil olunacaq ikinci Xəzər Forumu isə gələn il sentyabrın 25-də keçiriləcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR