Tovuz rayon sakinindən saxta əsginas götürülüb

Tovuz rayon sakinindən saxta əsginas götürülüb
# 04 aprel 2014 10:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakı metrosunda saxta pul dövriyyəsinin qarşısı alınıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayon sakini Xəyal Quliyevdən 5 ədəd 20 manatlıq saxta əsginas götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR