Azərbaycan səfiri Avropa Parlamentində keçirilən beynəlxalq simpoziumda çıxış edib - FOTO

Azərbaycan səfiri Avropa Parlamentində keçirilən beynəlxalq simpoziumda çıxış edib - <span style="color: red;">FOTO
# 22 may 2014 15:58 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərov Avropa Parlamentində “Avropa İttifaqında Mədəniyyət Diplomatiyası” mövzusunda keçirilən beynəlxalq simpoziumda çıxış edib.

Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyindən APA-ya verilən məlumata görə, Mədəniyyət diplomatiyası İnstitutunun təşkil etdiyi simpoziumda çıxışı zamanı F.İsgəndərov ölkəmizin tarixən sivilizasiyaların qovşağında yerləşdiyini, bu coğrafi şəraitin Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olmasına səbəb olduğunu diqqətinə çatdırıb.

Səfir ölkəmizin mədəniyyətlərarası diplomatiya sahəsində son illərdə əldə etdiyi uğurlar, ev sahibliyi etdiyi beynəlxalq forum və konfranslar barədə simpozium iştirakçılarına ətraflı məlumat verib.

Diplomat Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsilə ölkəmizin çoxsaylı tədbirlərə ev sahibliyi etdiyini, eyni zamanda Avropada müxtəlif layihələr vasitəsilə mədəniyyətlərarası diplomatiyaya öz tövhəsini verdiyini bildirib.

F. İsgəndərov Azərbaycan prezidenti İlham Əliyevin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ilə bağlı verdiyi fərmanın ölkəmizin mədəniyyət diplomatiyasına, mədəniyyətlərarası əlaqələrə nə qədər əhəmiyyət verdiyinin bariz nümunəsi olduğunu qeyd edib.

Sonda səfir simpozium iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR