Azərbaycanda Balıq və digər su bioresurslarının artırılması və mühafizəsi Fondu yaradılacaq - VİDEO

Azərbaycanda Balıq və digər su bioresurslarının artırılması və mühafizəsi Fondu yaradılacaq - <span style="color: red;">VİDEO
# 30 may 2014 09:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda akvakultura süni şəkildə əmtəə balıq və digər su bioresurslarının artırılmasına dəstək, o cümlədən balıq və digər su bioresursmlarının mühafizəsi məqsədi ilə Balıq və digər su bioresurslarının artırılması və mühafizəsi Fondu yaradılacaq.

APA-nın verdiyi məlumata görə, bu, bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə edilən “Balıqçılıq haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı layihədə əksini tapıb.

MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, “akvakultura” qanuna əlavə edilən yeni anlayışdır. Akvakultura əmtəə məhsul istehsalı və mühafizəyə ehtiyatı olan balıq və digər su bioresurslarının süni artırılması, iqlimləşdirilməsi və rekreasiyası məqsədi ilə həyata keçirilir. Akvakultura kənd təsərrüfatına az yararlı və yararsız sahələrdə torpaq sahələrində yaradılmalıdır. Əlavə və dəyişikliklərdə kənd təsərrüfatının digər sahələrində tətbiq edilən güzəştlər süni yolla əmtəə balıq və digər su biorsesurslarının istehsalına da tətbiq ediləcək. Eyni zamanda layihədə bu sahədə əlavə bürokratik problemlərin yaranmaması üçün akvakultura yaradılan torpaq sahələrinin təyinatının dəyişdirilməməsi əksini tapıb. Nəzərdə tutulan digər əlavə də dəyişikliklər terminlərlə bağlı olub, texniki xarakter daşıyır.

İclasda qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatının normasına əsasən bir nəfər il ərzində 8,3 kq balıq istehlak etməlidir. 2012-ci ilin statitstikasına əsasən Azərbaycanda adambaşına 7,1 kq balıq istehlak edilib. Bu da normadan 15 faiz azdır. Eyni zamanda istehlak edilənlər balığın 28 faizi idxal edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanan və parlamentə təqdim edilən layihədə də məqsəd süni yolla əmtəə balıq və digər su bioresurslarının artırılmasına nail olmaqdır, əmtəə balıq istehsalı sahəsində müasir texnologiyalara əsaslanan müasir balıq istehsalı müəssisələrinin yaradılmasıdır.

Sonda qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR