Fövqəladə Hallar Nazirliyi çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib - VİDEO

Fövqəladə Hallar Nazirliyi çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib - <span style="color: red;">VİDEO
# 13 iyul 2015 11:19 (UTC +04:00)

APA-nın FHN-nin saytına istinadən məlumatına görə, müraciətdə çimərlikdə xoş zaman keçirmək üçün hər kəsin təhlükəsizlik qaydalarını bilməsinin vacib olduğu qeyd olunub.

Müraciətdə bildirilir ki, nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.

Bundan əlavə, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.

Çimərliklərdə istirahət saat 09:00-dan 21:00-dək daha təhlükəsizdir.

Müraciətdə təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR