Zaqatalada ikimərtəbəli ev yanıb

Zaqatalada ikimərtəbəli ev yanıb
# 25 mart 2015 17:26 (UTC +04:00)

Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın hadisəsi rayonun Əli Bayramlı kəndində Abbas Zübeyri oğlu Şıxıyevə məxsus, ümumi sahəsi 264 kv/m olan ikimərtəbəli 11 otaqlı fərdi yaşayış evində baş verib.

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası cə canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsində və evin ikinci mərtəbəsində 4 otağın yanar konstruksiyaları 90 kv/m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi və bitişik digər tikillər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR