Bakıda UNESCO-nun idmanla bağlı beynəlxalq tədbiri davam edir - APA TV

Bakıda UNESCO-nun idmanla bağlı beynəlxalq tədbiri davam edir - <span style="color: red;">APA TV
# 14 mart 2013 23:33 (UTC +04:00)

Sənan Məhərrəmov, Xəyal Şükürlü – APA TV. Bakıda UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə hökumətlərarası Komitəsinin Fövqaladə və Daimi məşvərətçi Şurasının iclası keçirilir. Yığıncaqda 47 ölkənin 60-dək nümayəndəsi iştirak edir. Iclasda oyunların nəticələrinə müdaxiləyə qarşı idmanın təmizliyini qoruyub saxlamaq istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi, hər kəsin idmanla məşğul olmaq kimi fundamental hüququnun dəstəklənməsi, bədən tərbiyəsi və idman sahəsinə dövlətlərin investisiyasının təşviq edilməsi mövzularında müzakirələr aparılır.

UNESCO ilə 6 hökumətlərarası komissiyanın üzvü olan Azərbaycan, eləcə də bir neçə konvensiyaya qoşulub. Bu nüfuzlu beynəlaxlaq təşkilatla ölkəmizin əməkdaşlığı daima inkişafdadır. Bir sıra sahələrlə yanaşı artıq idman da bu əməkdaşlığın bir hissəsinə çevrilib. Bu mötəbər iclasın paytaxtımızda keçiriləmsi təsadüfi deyil. Ölkəmizin mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməsi, Azərbaycanda Bədən Tərbiyəsi və İdmana yüksək səviyyədə dövlət qayğısının göstərilməsi və əldə edilən böyük nəaliyyətlər bu qərarın qəbul edilməsinə zəmin verib. O cümlədən rəsmi qonaqlar da Azərbaycanda dinamik inkişafdan, xalqımızın qonaqpərvərliyindən məmnunluqlarını ifadə edirlər.

Mövzularla bağlı müzakirələr aparan tədir iştirakçıları bir sıra tövsiyyə və təkliflərlə çıxış edib. Onlara gələcək layihələrlə bağlı məlumatlar verilib. Bildirilib ki, qəbul edilən qərarlar hesabat şəklində MİNEPS-ə üzv olan ölkələrəin müvafiq təşkilatlarına göndəriləcək. Bundan başqa nümayəndələr təmsil etdikləri qurumlarla bağlı video təqdimatlar keçiriblər. Nəzərdə tutulan işlərlə bağlı yekun qərarlar tədbirin sonunda bəyannamədə əks etdiriləcək. Bakıda UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə hökumətlərarası Komitəsinin Fövqaladə və Daimi məşvərətçi Şurasının iclası, öz işini martın 15-də yekunlaşdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR