Nigeriyada etnik toqquşmalar 39 nəfərin ölümü ilə nəticələnib

Nigeriyada etnik toqquşmalar 39 nəfərin ölümü ilə nəticələnib
# 04 may 2013 19:49 (UTC +04:00)

Bakı-APA. Nigeriyanın şərqində yerləşən Vukari şəhərində etnik qruplar arasında baş vermiş toqquşmalarda 39 nəfər qətlə yetirilib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bundan öncə hökumət Taraba ştatının bir neçə rayonunda komendant saatı elan edib. Etnik qruplar arasında toqquşmalar xristian icmasının liderlərindən birinin dəfnindən sonra başlanıb. Dəfn mərasiminin iştirakçıları şüarlar səsləndirərək şəhərin müsəlmanlar yaşayan rayonunda yürüş keçirib.

Vukari şəhərinin etnik qrupları arasında gərginlik fevralda futbol stadionuna görə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR