Qobustandakı qəzada ölənlər və xəsarət alanlar yaxın qohumdurlar - YENİLƏNİB

Qobustandakı qəzada ölənlər və xəsarət alanlar yaxın qohumdurlar - <span style="color: red;">YENİLƏNİB
# 11 iyul 2016 11:14 (UTC +04:00)

Qobustan. Elvin Yaqubov - APA. Bakı-Şamaxı yolunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

APA-nın yerli bürosunun xəbərinə görə magistral yolun 95-ci kilometrliyində, Qobustan rayonu ərazisində BMW və “KamAZ” markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alan şəxslər yaxın qohumdurlar. İlkin məlumata görə, hadisə zamanı Balakən rayon sakini, sürücü 1983-cü il təvəllüdlü Quliyev Hacı Cahangir oğlunun idarə etdiyi avtomobildə olan Həsənov Müşfiq Mehman oğlu, sürücünün xalaları - Rzayeva Sevil Abbas qızı, Rzayeva Asimə Abbas qızı hadisə yerində ölüblər. Sürücünü özü və bacısı, 1985-ci il təvəllüdlü Quliyeva Ülkər Cahangir qızı isə ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

***

12:02

Qobustan. Elvin Yaqubov - APA. Bakı-Şamaxı yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:30 radələrində Qobustan rayonu ərazisində qeydə alınıb. 01-BO-203 dövlət nömrə-nişanlı “KamAZ” markalı yük avtomobili ilə 90-HR-095 dövlət nömrə-nişanlı "BMW" markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bir nəfər isə xəsarət alaraq Qobustan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR