“Beynəlxalq Bank işi” ilə bağlı tutulan televiziya təsisçisinin həbs müddəti uzadılıb

“Beynəlxalq Bank işi” ilə bağlı tutulan televiziya təsisçisinin həbs müddəti uzadılıb
# 07 sentyabr 2016 14:09 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Beynəlxalq Bankın işi ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılan Səməd Sadıqovun həbs müddəti uzadılıb.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, S. Sadıqovun barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, bir müddət öncə onun cinayət işi ilə bağlı ibtidai istintaqın yekunlaşdığı açıqlanıb.

S. Sadıqov “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 4 milyon 410 min manat kredit götürərək qaytarmamaqda ittiham edilir.

2015-ci ilin oktyabr ayının 12-də S.Sadıqov barəsində Nərimanov Rayon Məhkəməsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra iş adamı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

O Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, 2015-ci il oktyabrın 11-də Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərən Səməd Qüdrət oğlu Sadıqov saxlanılıb. Rəsmi məlumata əsasən, müəyyən edilib ki, S.Sadıqov dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub.

S. Sadıqov “CityTV”-nin təsisçisi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR