İranla Ermənistan arasında yeni elektrik xəttinin çəkilməsinə dair saziş imzalanıb

İranla Ermənistan arasında yeni elektrik xəttinin çəkilməsinə dair saziş imzalanıb
# 13 avqust 2015 08:46 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İranla Ermənistan arasında enerji sistemlərini birləşdirəcək üçüncü elektrik xəttinin çəkilişini nəzərdə tutun müqavilə imzalanıb.

APA-nın “Panarmenian”a istinadən verdiyi xəbərə görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Layihənin dəyəri 107 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi üçün lazım olan vəsaitin 70 faizini İran bankı ayıracaq.

Qeyd edilir ki, bu layihə vasitəsilə İran Gürcüstanla Rusiyanın enerji sistemlərinə qoşulmaq və Cənubi Qafqaz ölkələrinə elektrik enerjisinin ixracını genişləndirmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR