Bu il Azərbaycanda daha 4 “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq

Bu il Azərbaycanda daha 4 “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq
# 04 may 2013 09:51 (UTC +04:00)

APA_nın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri İnam Kərimov Sumqayıtda yeni yaradılan “ASAN xidmət” mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, ilk olaraq Xətai rayonunda 2 saylı “ASAN xidmət” mərkəzi, payız aylarında Yasamal rayonunda 3 saylı, daha sonra isə Sabunçu rayonunda 4 saylı mərkəz fəaliyyətə başlayacaq: “Bundan başqa, avqust ayında Gəncə şəhərində “ASAN xidmət” mərkəzi açılacaq. Həmin mərkəz Gəncə və şəhər ətrafındakı digər rayonların əhalisinə xidmət göstərəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR