Azərbaycanda Türkiyə ali məktəblərində təhsil almaq istəyənlərin qəbulu başlayır

Azərbaycanda Türkiyə ali məktəblərində təhsil almaq istəyənlərin qəbulu başlayır
# 03 may 2013 13:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanlı gənclər üçün Türkiyə ali məktəblərində bakalavr səviyyəsində təqaüdlü təhsil almaq imkanı yaradılıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Türkiyə hökumətinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmalarla İş üzrə Baş İdarəsi tərəfindən elan edilmiş təqaüd proqramları üçün müraciətlər mayın 6-dan başlayır. Türkiyədə təhsil almaq istəyənlər ətraflı məlumatı turkiyeburslari.gov.tr internet ünvanından əldə edə bilərlər.

Qeyd edək ki, Türkiyə hər il təxminən 150 nəfər azərbaycanlı tələbənin təhsili üçün təqaüd ayırır. Azərbaycan isə Türkiyədən 50 tələbənin təhsil almasına təqaüd ayırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR