SOCAR: Neftin ucuzlaşmasına hazır idik

SOCAR: Neftin ucuzlaşmasına hazır idik
# 04 iyun 2015 06:46 (UTC +04:00)

Bakı - APA-Economics. Dünya neft bazarında müşahidə olunan mənfi dinamika praktiki olaraq bazardakı bütün oyunçulara təsir edib və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) istisna deyil.

APA-Economics” xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

R. Abdullayev qeyd edib ki, SOCAR yaranmış vəziyyətə hazır idi. “Bununla yanaşı, biz əməliyyatlarımızın effektivliyinin artırılması üçün daha çox imkanlar görürük”.

SOCAR rəhbəri qeyd edib ki, reallaşdırılan layihələrdə heç bir gecikmə baş verməyəcək, hər biri qrafikə uyğun şəkildə icra olunacaq. “Konkret hədəfləri olan bir şirkət kimi, biz hər zaman layihələrimizi prioritet və qeyri-prioritetlərə bölmək imkanımız var. Neftin ucuzlaşması icrası davam edən layihələrə təsir etmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR