Venesueladakı iğtişaşlarda 7 nəfər həlak olub

Venesueladakı iğtişaşlarda 7 nəfər həlak olub
# 16 aprel 2013 21:06 (UTC +04:00)

Bakı-APA. Venesuelada prezident seçkilərində müxalifətin namizədi kimi iştirak etmiş və Nikolas Maduroya məğlub olmuş Enrike Kapriles, Twitter-dəki mikrobloqunda hökumətin paytaxtda iğtişaş törədərək səslərin yenidən sayılmasına yol verməmək istədiyini yazıb.

Paytaxt Karakasda səslərin yenidən sayılmasını tələb edən müxalifətin çoxminlik aksiyaları keçirilir. Baş verən iğtişaşlar nəticəsində ən azı 7 nəfərin öldüyü, 60-dan artıq insanın xəsarət aldığı bildirilir. 135-dən çox müxalifətçi isə həbs olunub.

«Maduro (hakimiyyətin seçkilərdəki namizədi) və onun hökuməti iğtişaş törətmək göstərişini veriblər… İğtişaşlara görə onlar məsuliyyət daşıyırlar», deyə Kapriles yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR