İranın zəlzələ baş vermiş bölgəsinə 20 xilasedici dəstə və 3 helikopter göndərilib

İranın zəlzələ baş vermiş bölgəsinə 20 xilasedici dəstə və 3 helikopter göndərilib
# 16 aprel 2013 16:19 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. İranın Sistan və Bəluçistan vilayətində zəlzələ baş verən məntəqələrə 20 xilasedici dəstə və 3 helikopter göndərilib. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin sədri Mahmud Müzəffər açıqlama verib.

O bildirib ki, xilasedicilər Gəşt, Kuhsəfid, Paştuk, Tizab olmaqla 7 kəndə ezam edilib. Ərazidə yaşayış məntəqələri az olduğu üçün ölü sayının az olacağı ehtimal edilir.

İran mətbuatında hələlik ölü sayının 40 nəfər olduğu, Sərvan xəstəxanasına 3 yaralının müraciət etdiyi, Sərvan şəhərinin zərər görmədiyi bildirilir.

Qeyd edək ki, bu gün İranın Sistan və Bəlucistan vilayətində yerli vaxtla saat 10:44-də 7.5 bal gücündə, zəlzələ baş verib. 18 km dərinlikdə baş verən zəlzələnin episentri Sərvan şəhəri olub. Bu zəlzələnin son 40 ildə İranda ən güclü zəlzələ olduğu bildirilir. Ölü sayının artacağı istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR